Azərbaycanda futbol ölüb – Aqil Abbas

İDMAN
22:05 / 07.07.2020
1482

Təxminən bir aydan sonra klublarımız avrokuboklardamübarizəyə başlayacaq. Lakin bu dəfə təmsilçilərimiz üçün vəziyyətin daha çətinolacağını güman etmək çətin deyil. Martın ortasından rəsmi oyun keçirməyənklublar pandemiya səbəbindən yoxlama görüşlərindən də məhrum olublar.

Ölkədə sərtkarantin rejiminin müddətinin növbəti dəfə uzadılması, qarşılaşmaların keçirilməsinəicazə verilməməsi, başqa cür ifadə etsək, futbolun planlara daxil edilməməsi,düşünülməməsi futbol ictimaiyyətini narahat edən əsas məsələdi. Hər halda, hərkəs yaxşı başa düşür ki, ölkədə futbolun bərpası ilə bağlı ciddi addımlaratılmasa, həm klubların avrokuboklarda, həm də yığmanın Millətlər Liqasındauğursuzluğu qaçılmaz olacaq.

Futbolumuzdakı son durum, çıxış yolları barədə millətvəkili Aqil Abbasla danışdıq. "Qarabağ”ın qatı fanatı olan Aqil bəy, demək olarki, gələcəklə bağlı nikbin heç nə demədi.

- Uzun müddət sonra ölkədəki ilk və hələ ki sonidman tədbiri "Qarabağ”ın çempionluq mərasimi oldu ki, o da müzakirələrə səbəb oldu.

- Heç bir müzakirəyə səbəb olmalı deyildi.Oynadılar, çempion oldular, bütün qaydalara riayət edib, çempionluq kubokunuqaldırdılar. Nə etməliydilər? Kuboklarını almalı idilər, onu da bu cür aldılar.Koronavirus var deyə, titullarını saxlayıb gələn il ala bilməzdilər.

- Bu gün sərt karantin rejiminin uzadılması iləbağlı qərar verildi. Futboldakı qeyri-müəyyənlik davam edir. Bunun sonu necə olacaq?

- Azərbaycanda futbol öldü, qızım. Belə vəziyyətdəbunu əminliklə demək olar. Onsuz da çempionatın dayandırılması ilə bağlı qərarbuna şərait yaratmışdı. O qərarı kim verdi, niyə verdi, bilmirəm. İdman elə şeydiki, bir müddət ara verdinsə, məhv olub gedir. Bu futbolçuların əvvəlki formayaqayıtması üçün ən azı 2-3 ay vaxt lazımdı.

- Gələn ay klublarımızın avrokuboklarda mübarizəsi başlayır. Hazırda futbol ictimaiyyətini ən çox narahat edən məsələlərdən biri də budu...

- Bütün ölkələrdə futbol bərpa olunub, qonşu ölkələrinçempionatında oyunlar keçirilir. Daha pis vəziyyətdə olan ölkələrdə liqalaroynanılır. Bizdə də çempionatı dayandırmaqla bağlı qərar verdilər. İndi ofutbolçuların vəziyyətini siz düşünün. Hansısa futbolçu bir ay məşq etməsə, məndənfərqi olmayacaq. Futbolçular meydana çıxıb nə edəcək? Necə hazırlaşacaqlar?"Qarabağ” da Çempionlar Liqasında mübarizə aparacaq.

- Bir millət vəkili olaraq çıxış yolu kimi nə təklifedərdiz?

- Bunun bir yolu var. AFFA Operativ Qərargahamüraciət etməlidi. Ən azı məşqlərin keçirilməsinə şərait yaradılmalıdı. Bütünqaydalar gözlənilməklə məşqlər keçirilə bilər. Onsuz da futbolçular stadiondasosial məsafə saxlayaraq məşq etsələr, 30-40 metr məsafə olacaq. Bunu təşkiletmək olar. Avrokuboklara gedəcək komandaları düşünərək, bunu etmək mümkündü.Yenə deyirəm, Operativ Qərargaha müraciət edilməlidi.

- Mövcud durumu nəzərə alsaq, avrokuboklarda çıxışedəcək dörd komandadan nə gözləmək olar?

- Vəziyyət bu cür davam etsə, heç nə. Hətta"Qarabağ”dan da nəsə gözləmirəm. Bu qədər müddət məşq etməyən futbolçu meydandamənim kimi olacaq da. Məşq etməsələr, oyun keçirməsələr, gedib böyük hesabla məğlubolacaqlar. Qarşıda milli komandanın Millətlər Liqasında oyunu var, onu da düşünməklazımdı. Necə edəcəklər, futbolçular hansı səviyyədə olacaq? Onsuz da Azərbaycandafutbolun səviyyəsi bəlli idi. Futbol əldən getdi ölkədə. Gözləməliyik ki,canımız nə vaxt bu pandemiyadan qurtulacaq. İstənilən halda, Azərbaycandafutbol 2-3 il özünə gələ bilməyəcək.

Mənbə: "Futbol+” qəzeti

0