Qurban Qurbanov niyə əcnəbi qapıçı istəməyib? - SƏBƏB

İDMAN
20:31 / 10.07.2020
1889

Bu gün "Qarabağ" Emil Balayevin transferini rəsmən açıqladı.

Əlbəttə, ölkənin ən yaxşı qolkiperinin Ağdam təmsilçisinə üz tutmasında qeyri-adi nə isə axtarmağa dəyməz. Görünən budu ki, daha yaxşı variantı olmayan Balayev "köhlən atlar"ın çağırışını müsbət cavablandırmaqla həm də avrokuboklarda oynamaq imkanı qazanıb.

Adətən əcnəbi qoliperlərin xidmətindən faydalanan Qurban Qurbanovun Şahruddin Məhəmmədəliyev ola-ola heyətə daha bir yerli qapıçı qatması isə müəyyən sullara meydan verir. Əslində ortada çoxlarına məlum olan səbəb də var.

Bu transfer heyət qurarkən seçim imkanının çoxaldılmasına xidmət edir.

Belə ki, "Qarabağ"da illərdi müdafiə kvartetindən yalnız biri - sol cinah müdafiəçisi - əcnəbi olub. Hazırda isə vəziyyət dəyişib. Rəşad Sadıqovun karyerasını bitirməsindən sonra stopperlərdən birinin əcnəbi olacağı dəqiqləşib. Bildiyiniz kimi, kolumbiyalı Kevin Medinayla danışıqlar müsbət nəticələnib və yalnız münasibətlərin rəsmiləşdirilməsi qalıb. İndiki durumda qapıda əcnəbi dayansaydı, baş məşqçi litmitin icazə verdiyi altı legionerdən üçünü müdafiəyəmeyilli zonada oynatmalıydı. Yəni cəmi üç hücumameyyli legioner qalardı ki, bu da mütəxəssisə əlavə çətinliklər yaradardı. Emil Balayevin transferi haqqında danışdığımız problemin aradan qaldırılmasına hesablanıb. Şübhəsiz, yerlilərdən daha bacarıqlı dörd legionerdən hücum planında istifadə edə bilmək Qurbanov üçün böyük üstünlükdü.

 

0
Fanat.az