Gürcüstan yüksək liqasında 6-cı turun daha bir oyunu keçirilib.
Qol.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun çıxış etdiyi “Samtrediya” səfərdə “Merani” ilə qarşılaşıb və 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Nicat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Qurbanov komandasının 2-ci qolunun müəllifi olub. 28 yaşlı yarımmüdafiəçi 54-cü dəqiqədə penaltidən fərqlənib. N.Qurbanov qol vurduqdan sonra Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verənlərə görə şəhidlərin xatirəsinə ehtiram olaraq əsgər salamı verib.
Qeyd edək ki, bu, Nicatın bu mövsüm çempionatda vurduğu 3-cü qol olub.
Əlavə edək ki, 6 turdan sonra hesabında 8 xal olan “Samtrediya” 10 komanda arasında 5-ci pillədə qərarlaşıb.