Azərbaycanlı futbolçu və məşqçi orduya könüllü yazıldı 

İDMAN
15:30 / 18.07.2020
1178

Gündən-günə Azərbaycan Ordusunda könüllü şəkildə xidmət etmək istəyənlərin sayı artır.

Orduya könüllü şəkildə yazılanlar arasında azərbaycanlı idmançılar da var.

Bunlardan biri millimizin sabiq futbolçusu, “Sumqayıt” klubunun yeni üzvü Elvin Məmmədovdur.

Bu gün 32 yaşını qeyd edən, Tovuzda anadan olmuş futbolçu onlayn şəkildə elektron müraciət formasını doldurub.

Həmçinin, kikboksinq üzrə məşqçi Anar Süleymanov bu üsulla qeydiyyatdan keçib.

Qeyd edək ki, daha əvvəl MMA döyüşçüsü Aqşin Babayev Salyan rayonundakı hərbi komissarlığa gedərək, könüllü şəkildə müharibəyə getmək üçün müraciət etmişdi.

 

0
Oxu.az