“Zirə-2” çempionatdan imtina etdi - ŞOK SƏBƏB

İDMAN
15:11 / 19.07.2020
1333

Növbəti mövsümdə I Divizion iştirakçılarının sayı yenə azalıb.

Hit.Az sportinfo.az saytına istinadən xəbər verir ki, "Zirə-2" fəaliyyətini dayandırıb.

Qəsəbə təmsilçiinin əvəzediciləri üzümüzə gələn çempionatda çıxış etməyəcək ki, bunun da səbəbləri müxtəlifdi. Əvəzedici heyətin bir neçə futbolçusu əsas komandaya cəlb olunub. Digərləri isə Gənclər Liqasında mübarizə aparacaq U-19-a göndərilib.

"Qartallar"ın bu addımı atması həm də I divizionda oyun "alver"inin kütləvi hal almasıyla əlaqədardı. Ötən mövsüm baş verənlər hələ yaddan çıxmayıb.

AFFA "Ağsu"nu qış fasiləsində çempionatdan kənarlaşdırdı. Müxtəlif komandaların təqribən 50-yə yaxın şəxsini – futbolçu, məşqçi, funksioner, klub əməkdaşını ömürlük futboldan kənarlaşdırdı.

Birinci dəstəyə nəzarət zəif olduğundan, "Zirə" rəhbərliyi klubun imicini AFFA-ya 100 min manat cərimə ödəməkdən üstün tutub. Beləliklə, I divizion nümayəndələrinin sayı 12-yə enib.

Bundan əvvəl "Qəbələ" son 2 ildə aşağı dəstədə çıxış etməkdən boyun qaçırıb.

1
Fanat.az