2025-ci ilin ilk günlərini yaşayırıq. Cari ilin iqtisadi gözləntiləri barədə iqtisadçı ekspert Əkrəm Həsənovla həmsöhbət olub.
- Əkrəm müəllim, 2025-ci il ölkə iqtisadiyyatına necə təsir edəcək?
- 2025-ci il iqtisadi proqnoz optimist deyil. İlin əvvəlində Tarif Şurasının qiymətləri dəyişməsi bunu sübut etdi. Bu baxımdan ölkədə qiymət artımı davam edəcək. İqtisadi avtivliyin səviyyəsi düşəcək. Onu da deyim ki, dünyada neftin qiymətinin azalması gözlənilir. Valyuta ehtiyatımız azala bilər.
- 2025-ildə devolvasiya olacaqmı?
- Böyük ehtimal ki, bu il devolvasiya olmayacaq. Növbəti illərdə devolvasiya olma riski daha böyükdür. Ancaq bu il gözlənilmir. Çünki dövlət valyuta ehtiyatları hesabına devolvasiyanın qarşısını alır. Onsuzda inflyasiya baş verir. Əhali dolların məzənnəsinin dəyişməsi deyil, qiymət artımı narahat edir.
- Bu ildən gözləntiləriniz nədir?
- Cari il ərzində ölkədə iqtisadi artım gözlənilmir. İqtisadi artım olsa da, bu cuzi olacaq. İqtisadi artımın zəif olması ölkədə sosial-iqtisadi problemlərin artmasına səbəb olacaq. Sahibkarlığın inkişafı yüksək səviyyədə olmayacaq, münbit investisiya mühiti yoxdur. Bu baxımdan cari il iqtisadiyyat üçün elə də inkişaf dövrü olmayacaq. Bunun qarşısını almaq üçün çox ciddi addımlar atılmalıdır.
Sevinc