Övladını ölümə tərk edən ana bağışlana bilər?

KÖŞƏ YAZILARI
18:20 / 16.02.2026
104

Təəssüf ki, son zamanlar övladından imtina edən valideynlərə tez-tez rast gəlirik. 

Bu günlərdə Gəncədə bir qadın yeni doğulmuş övladını xəstəxanada qoyaraq ondan imtina edib. Əfsuslar olsun, bu cür ürəkağrıdan faktlarla mütəmadi şəkildə qarşılaşırıq. Kimisi istəmədiyi üçün yeni doğulmuş körpəsini zibil qutusuna atır, kimisi soyuq qış günündə küçədə qoyur, başqa biri isə xəstəxanada tərk edib gedir. Bir çoxu da uşaqları küçələrə, zibil qutularına atır və ya ən yaxşı halda uşaq evlərinə verirlər. 

İstənilən halda, ananın övladından bu şəkildə imtina etməsi qəbulolunan deyil.

Bu gün dünyada, eləcə də ölkəmizdə uşaq səsinə həsrət qalan, övlad sahibi olmaq üçün bütün var-dövlətindən keçməyə hazır olan çox saydə ailə var. 

Uşağı küçəyə qoyan şəxs onu birbaşa ölümə məhkum edir. Belə analar sanki başlarına gələn bütün hadisələrin günahını məsum körpənin üzərinə qoyurlar. 

Halbuki valideyn uşağı dünyaya gətirib ona ömürlük travma yaşatmaqdansa, məsuliyyətini dərk etməlidir. Çünki uşağını qoyub qaçan ananı cəmiyyət heç vaxt normal qəbul etməyəcək. Hətta illər sonra həmin körpə böyüdükdə belə, anasını bağışlamaya bilər...

Günel

0