Zaur Bayramlı yazır: “İranın yeni lideri Pezeşkian olmalıdır”

KÖŞƏ YAZILARI
21:00 / 18.03.2026
72

Hazırda ölkə olaraq İranın və İran xalqının (fars-molla rejiminin yox) tək qurtuluş şansı Məsud Pezeşkiandır desək, yanılmarıq.

2-5 ili əhatə edəcək keçid müddəti Pezeşkian öndərliyində getməlidir. Pezeşkianın ön planda olması həm Azərbaycanla Türkiyənin dövlət maraqlarına uyğundur, həm də hər iki ölkənin xalqları tərəfindən də rəğbətlə qarşılanacaq. 

Təbii ki, bu durumda “vilayəti-fəqih” sistemi ortadan qalxmalı, Prezidentin səlahiyyətləri artırılmalı, eyni zamanda SEPAH özünü ləğv edərək, Müdafiə Nazirliyinin tərkibinə və tabeçiliyinə keçməlidir. Doktor Pezeşkianın Qərb başda olmaqla, dünya tərəfindən də qəbul görəcəyi şübhəsizdir. Lakin bir qədər İsrailin qarşı çıxma ehtimalı var. 

Məsud Pezeşkian hər nə qədər türk, azərbaycanlı olsa da, indiki dönəmdə proseslərin onun rəhbərliyi altında irəliləməsi İranda yaşayan bütün xalqların da mənafeyinə uyğundur. Ümid edirəm ki, boş və mənasız yerə dirənmələrinin bədəlini özlərinin və doğmalarının həyatları bahasına ödəyən mollalar gec olmadan bu həqiqəti dərk edərək, siyasi səhnədən çəkilib, “ibadətləri” ilə məşğul olacaqlar.

Zaur Bayramlı

0