Şoyqunun qızı bloqerlə evlənir - FOTO

MAQAZİN
14:11 / 02.06.2021
1849

Rusiya müdafiə naziri Sergey Şoyqunun qızı Kseniya ailə həyatı qurur.

O, instaqramda barmağında üzük şəklini paylaşaraq “İndi gəlinəm və səni çox sevirəm”,- şərhini yazıb.

30 yaşlı Kseniyanın idman sahəsi üzrə bloqer Aleksey Stolyarovla evlənəcəyi bildirilir. O, 30 yaşındadır, instaqram, yutub və tiktokda video paylaşaraq populyarlaşıb. Onun tiktokdakı abunəçilərinin ümumi sayı 5. 5 milyon nəfərdir. Həmçinin Stolyarovun öz idman geyim markası var.

Sergey Şoyqunun kiçik qızı olan Kseniyanın fəaliyyəti mahiyyət etibarilə idmanla əlaqəlidir. O, Rusiya Triatlon Federasiyasının prezidenti, eyni zamanda Qəhrəmanlar Liqası layihəsinin rəhbəri və Qəhrəmanların Yarışı layihəsinin təşkilatçısıdır.

2
Qafqazinfo.az