SƏNƏT
23:51 / 21.07.2021
133

75-ci Kann Film Festivalının vaxtı müəyyənləşdi

75-ci Kann Film Festivalı 2022-ci ildə mayın 17-dən 28-dək keçiriləcək.

Unikal.org xəbər verir ki, bu haqda festivalın "Twitter" hesabında məlumat verilib.

Qeyd edək ki, 74-cü Kann Film Festivalının "Qızıl Palma" mükafatına 37 yaşlı fransız rejissor və ssenaristi Culia Dükurnonun "Titan" filmi layiq görülüb. O, 28 ildən sonra yeni zelandiyalı Ceyn Kamyondan (Jane Campion) sonra bu mükafatı qazanan 2-ci qadın rejissordur. Ceyn Kamyon bu mükafata "Pianino dərsi" filminə görə layiq görülmüşdür.

Qeyd edək ki, 74-cü Kann Film Festivalının münsiflər heyətinə amerikalı rejissor Spike Lee sədrlik edib.

0