MAGAZİN
15:08 / 09.10.2021
1227

Günelin Tatlısesin toyunda geyindiyi libasın QİYMƏTİ - FOTO

Ötən gün türk sənət musiqisinin imperatoru İbrahim Tatlısesin oğlu İdo model sevgilisi Yasemin Şefkatlı ilə ailə həyatı qurub.

BAKU.WS xəbər verir ki, bahalı restoranda təşkil edilən təmtəraqlı toyda bir sıra tanınmış şəxslər iştirak ediblər. Onlar arasında müğənni Günel Zeynallı da olub.

Məclisə ailəsi ilə birlikdə qatılan sənətçi geyimi ilə xeyli müzakirələr yaradıb. Günelin sinə dekolteli qısa libası Türkiyənin məşhur brendlərindən biri olan “RaisaVanessa” ya, ayaqqabısı isə “Giuseppe Zanotti”yə aiddir. Zeynallının geyiminin qiyməti ümumilikdə 860 dollar (1462 AZN) təşkil edib. İfaçının bu libası “Trendyol” onlayn satış platformasının xüsusi sifarişi ilə hazırlanıb.

3