Canəli Əkbərov dəfn olundu - FOTOLAR

MAQAZİN
14:16 / 23.10.2021
1250

Ötən gün dünyasını dəyişən Xalq artisti, xanəndə Canəli Əkbərov dəfn olunub.

"Report" xəbər verir ki, mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri iştirak ediblər.

Qeyd edək ki, C.Əkbərov şəkərli diabetdən əziyyət çəkirdi və iki gün əvvəl insult keçirərək komaya düşmüşdü.

Xatırladaq ki, C.Əkbərov 1940-cı il martın 10-da Lənkəran rayonunda anadan olub. Xanəndə 1989-cu ildə Azərbaycan milli mədəniyyətinin inkişafındakı uğurlarına görə Əməkdar artist, 1992-ci ildə Xalq artisti fəxri adlarına, 2000-ci ildə “Şöhrət”, 2010-cu ildə “Şərəf”, 2020-ci ildə isə 1-ci dərəcəli “Əmək” ordeninə layiq görülüb. О, Prezident təqaüdçüsü idi.

***

Canəli Əkbərovla vida mərasimi keçirilib.

Hit.az xəbər verir ki, xalq artisti Canəli Əkbərovla yaşadığı binanın həyətində vida mərasimi keçirilib.

Vida mərasimində Xalq artistinin yaxınları, mədəniyyət nümayəndələri iştirak ediblər.

Onlar mərhumu alqış sədaları altında son mənzilə yola salıblar.

Qeyd edək ki, C.Əkbərov dünən axşam saatlarında vəfat edib.

0