"Telefonuma elə proqramlar yükləyib ki" - Müşviq həyat yoldaşının qıscanqlığından DANIŞDI (VİDEO)

MAQAZİN
21:26 / 25.10.2021
1587

Aktyor Müşviq Şahverdiyev həyat yoldaşı Aynurə və oğlu Muraddan ayrı qalıb.

Axşam.az xəbər verir ki, buna səbəb ailəsinin Bakıda olmamasıdır. Müşviq bu haqda "Zaurla Günaydın" verilişində deyib.

"2 aydan çoxdur həyat yoldaşımı görmürəm. Bakıda yoxdular" deyə, müşviq bildirib. O qeyd edib ki, xanımı Ukraynada təhsil alır, ona görə də oradadır.

Aktyor həyat yoldaşının qısqanclığından da söz açıb:

"Axşam saat 11-dən sonra sorğu-sual başlayır. Yazır ki, bəlkə uşaq səni görüntülü görsün? İnam məsələsində bir az büdrəmişəm. Çox qısqancdır. Axşam evə gedib şəkil atıram ki, evdəyəm. Elə proqramlar yükləyib ki...".

0