Çingiz \"Altın kelebek\"dən imtina etdi

18:55 / 29.10.2021
1436

Müğənni Çingiz Mustafayev "Altın kelebek" mükafatından imtina edib.

Hit.az xəbər verir ki, bu haqda sənətçi özü açıqlama yayıb. Əvvəlcə paylaşım edərək, Azərbaycanı təmsil edən namizədlər arasında yer aldığını deyib, izləyicilərindən səs istəyən Çingiz az keçmədən paylaşımını silib.

"Müəyyən səbəblərə görə iştirak etməyəcəm. Çox məlumatın olmayıb, heç vaxt baxmamışam. Bilirdim ki, yüksək səviyyədə keçirilən gecədir. Bugünki gündə belə düşündüyümü deyə bilmərəm. Bir az məyus oldum, bəzi məsələlərdən gec xəbərdar oldum. Bəzi dostlarımıza uğurlar arzulayıram" deyə, o, bildirib.

Qeyd edək ki, "Altın Kelebek" mükafatları tədbirində "Azərbaycanın parlayan gənc ulduzu" kateqoriyası üzrə namizədlər Ayaz Babayev, Çinarə Məlikzadə, Hiss və Nahidə Babaşlıdır.

0