Röyadan Tünzaləyə cavab: “Mən sənin tərbiyəni pozdum” - VİDEO

MAQAZİN
18:47 / 30.10.2021
1581

Xalq artistləri Tünzalə Ağayeva və Röya Ayxan birlikdə kamera qarşısına keçərək video çəkiblər.

HİT.az xəbər verir ki, müğənnilər həmin görüntüləri sosial şəbəkədə yayımlayıblar.

Tünzalənin “20 ildir oxuyuruq, kim kimi tərbiyələndirdi, kim kimi pozdu?” sualına Röya belə cavab verib:

“Mən sənin tərbiyəni pozdum. Səndən isə musiqi öyrəndim”.

Müğənnilər daha sonra duet oxuyacaqları haqda məlumat veriblər:

“Elə edək ki, ayrı-ayrı xasiyyət olsun. Şakira o qızla oxudu, biz edə bilmərik? Hər kəs bizdən bir enerji gözləyir. Amma ayrı-ayrı enerjili qadınlarıq”, - deyə Röya söyləyib.

5