Əli Mirəliyev: “İlhamədən nə desən, gözləmək olardı”

MAQAZİN
18:57 / 03.11.2021
2580

"İlhamədən nə desən gözləmək olardı”.

Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Əli Mirəliyev Xalq artisti, mərhum sənətkar aparıcı Elgiz Əkbərin İlhamə Quliyevanın hesabı ödəməmək üçün restoranı şərləməsi hadisəsinə aydınlıq gətirərkən deyib. Sənətçi aparıcı Elgizlə İlhamə Quliyevanın dost olduğunu bildirib:

"Elgizlə İlhamə xanım yaxın olublar, xaricə bir yerdə gediblər. Elgiz onun xətrini çox istəyirdi, heç vaxt yalan danışmır, gözəl jurnalistdir, yalan yaza bilməz. Ola bilsin ki, həmin vaxt orada nəsə olub, hesabı çox deyiblər, yaxud restoran müdiri ilə söhbətləri və s. olub. Bəlkə 10 manatlıq yeyiblər, 100 manat oxuyublar? Ola bilər, İlhamədən nə desən, gözləmək olardı. İlhamə başqa "sort” idi. İlhamə bizim ən axmaq "sort”larımızdandı”.

Əli Mirəliyev bütün sənət adamlarının qəribə xasiyyətləri olduğunu xatırladıb:

"Sənət adamlarının tutması var, əgər onların bu xasiyyəti olmasaydı, sənətkar olmazdılar. İlhamə əsl sənətkar idi, əsəbiləşəndə atasını da tanımırdı”. 

Qeyd edək ki, aparıcı Elgiz Əkbər mərhum Xalq artisti İlhamə Quliyeva ilə bağlı etiraf edib. Aparıcı bildirib ki, hesabı ödəməmək üçün İ.Quliyeva sağlığında restoranlardan birini şərləyib.

0