Alina Kabayevanın Oskar mərasimindəki siması rusları çaşdırdı - FOTO

MAQAZİN
16:46 / 14.11.2021
2036

Bədii gimnastika üzrə 38 yaşlı rusiyalı olimpiya çempionu, ictimai-siyasi xadim Alina Kabayevaya idman kinosu və televiziyası aləmində Oskarın analoqu – Beynəlxalq İdman Filmləri Federasiyasının 39-cu Festivalının “Şərəf çələngi” təqdim edilib. 

Hit.az xəbər verir ki, mərasim Milanda baş tutub. 

Rusiya televiziyasında bununla bağlı süjet göstərilib. Eyni zamanda, internet istifadəçiləri məşhur rusiyalı idmançının çox dəyişdiyini müşahidə ediblər. 

Mükafatı aldıqdan sonra Kabayeva çıxış edərək qeyd edib ki, idmanda böyük nailiyyətlər əldə etmiş idmançılar üçün başqa, bəlkə də ondan da artıq öhdəlik var. Mümkün qədər çox insanı idman və bədən tərbiyəsi ilə tanış etmək üçün bilik, təcrübə və populyarlıqdan istifadə etmək lazımdır.

Şübhəsiz ki, Alina həmişə şən və fit görünür. Lakin müşahidəçi internet istifadəçiləri idmançının sifətində nəyinsə baş verdiyini müşahidə ediblər. Bəzi şərhçilərin fikrincə, idmançı sadəcə təəccüblü dərəcədə gənc görünür. Alinanın istedadının pərəstişkarları onun bu cür görkəmli formanı necə qoruyub saxlaması ilə maraqlanırlar.

Xəyal Abdullayev/Hit.az

0