"Nə oldu, Paşinyan?!" deyən türk aktyorun Azərbaycana gəlmə səbəbi məlum oldu

MAQAZİN
19:23 / 16.11.2021
3075

Türkiyənin tanınmış aktyoru Ozan Akbabanın Azərbaycana gəlmə səbəbi məlum olub.

O, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz zəfərlə bağlı çəkilən filmdə yer alacaq. Akbaba "MGX Film"in qurucusu Müşviq Quluzadənin ekran işinin baş rolunu ifa edəcək.

Bu səbəbdən Ozan Şuşa da daxil olmaqla bir neçə rayonumuzu gəzib.

Adı "Qarabağ" olan filmin çəkilişləri 2022-də başlayacaq./Olay.az

0