"Mənim vasitəmlə Cavanşir Məmmədovu vurdular" - VİDEO

MAQAZİN
09:25 / 19.11.2021
3291

"İnsanlar qınağa çevirdilər, mənimlə Cavanşir müəllimi vurmaq istədilər. O, illərini sənətə verən sənətkardır. Zəhmətkeş adamdır, özü üçün qurub yaradıbsa can sağlığına. Cavanşir Məmmədov gözəl dostdur, bu günə kimi məni tək qoymayıb. Mənimlə 26 il çiyin-çiyinə işləyib".

Hit.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Firuzə İbadova "Tam vaxtıdır" verilişində deyib. Müğənni bir müddət əvvəl evinin şəraitsiz olmasını açıqladığı üçün tənqid olunmasından danışıb.

İbadova bildirib ki, hər kəs duet ortağı Cavanşir Məmmədovu tənqid edib:

"Toya gedib rahat oxumuşam, gəlib oturub çayımı içmişəm. Cavanşir müəllim isə 8, 12 saat ayaqda qalıb. Onun maddiyatı ilə mənimki bir olmalıdır?".

0