MAGAZİN
18:46 / 19.11.2021
302

“Toppuş bacı“ yenidən kimyaterapiyaya başladı

Xərçəng xəstəliyi ilə mübarizə aparan Əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) yenidən kimyaterapiyaya başlayıb.

Qaynarinfo xəbər verir ki, aktrisa Teleqraf.com-a açıqlamasında bir müddət əvvəl ayağında əmələ gələn trombla əlaqədar kimyaterapiyanı dayandırdığını deyib: "Artıq ayağımdakı trombla bağlı problem həll edildi. Kimyaterapiyaya başladım, 29-cu kimyaterapiyanı aldım".

Qeyd edək ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə alır.

2