MAGAZİN
21:18 / 25.11.2021
571

Zaur Kamaldan Çiçəklə bağlı etiraf: “Aşiq oldum...” - VİDEO

Aparıcı Zaur Kamal etirafı maraqla qarşılanıb.

HİT.az xəbər verir ki, o, aparıcısı olduğu "Həmin Zaur" verilişində qonaq kimi iştirak edən "Çiçək" ləqəbi ilə tanınan aparıcı Şəhla Vakkası illər öncə sevdiyini bildirib.

Zaur etiraf edib ki, radioda ilk dəfə işə başlayanda "Çiçəy"i görüb və ona aşiq olub:

"Sonra xasiyyəti məni tutmadı. Studiyaya gələndə qapını bərkdən vurdu. Bir-iki gün mənimlə danışmadı. Bilmirəm nə hiss etdi? Ondan sonra lal oldum, Çiçəklə bacı-qardaş olduq. Yaxşı ki, evlənməmişik, onu saxlaya bilməzdim. Od parçasıdır", - deyə tanınmış aparıcı deyib.

0