Meyxanaçı avtomobillə 5 yaşlı uşağı vurdu - VİDEO

11:59 / 01.12.2021
1607

Meyxanaçı Tərlan Novxanı ATV kanalında yayımlanan "7 Canlı" verilişinə qonaq olub.

"Unikal" xəbər verir ki, o, proqram zamanı maraqlı açıqlamalar verib. Belə ki, müğənni bir müddət şəxsi avtomobili ilə taksi işləri ilə məşğul olduğunu açıqlayıb. Tərlan Novxanı həmçinin də, digər açıqlaması ilə diqqət çəkib. O, bir neçə il öncə avtomobili ilə 5 yaşlı oğlanı vurduğunu etiraf edib.

"Qızımı rəqs məktəbinə aparırdım. Avtomobillə məktəbin həyətinə daxil olanda nəyəsə vurduğumu hiss etdim. Düşəndə gördüm ki, uşaqdır. Ətrafdakı insanlar üzərimə qaçdı. Qızımla yaşıd idi. 5-6 yaşı olardı. Atasını da otuzdurdum maşına xəstəxanaya apardım. Ciddi xəsarət alsa da, həkimlərimiz uşağı sağaltdı. Bir gecə reanimasiyada yatdı", - deyə o, bildirib.

 

0