MAGAZİN
14:05 / 23.12.2021
2160

Pərvin Abıyeva təqdimatda göz qamaşdırdı - FOTOLAR

Ötən gün "Zəhər tuluğu” filminin qala gecəsi keçirilib.

HİT.az xəbər verir ki, Heydər Əliyev Sarayında baş tutan təqdimatda sənət adamları da iştirak edib.

Təqdimat mərasiminə qatılanlar sırasında aktrisa Pərvin Abıyeva da olub. Cazibədar aktrisa şık görünüşü ilə seçilib.

Xatırladaq ki, ekran işinin baş prodüseri Orxan Mərdan, quruluşçu rejissorları Teleh Yüzbəyov və Orxan Mərdan, quruluşçu operatoru İman İmanov, ssenari müəllifləri Orxan Mərdan, Taleh Yüzbəyov, Pərviz Həsənov və Cəlil Cavanşirdir.

Filmdə Taleh Yüzbəyov, Ləman Mərrih, Nəzakət Heydərova, Əlixan Rəcəbov, Cavidan Novruz, Şaban İmkani, Kəmalə Onur, Zülfiyyə Qurbanova, xalq artisti Səidə Quliyeva, Tural Əhməd, Əməkdar artist Rasim Cəfər, Oktay Mehdiyev, Əməkdar artist Hüsniyyə Mürvətova, Könül Cəfərzadə, Emil Musayev, Nəsibə Eldarova və başqaları rol alıb.

Filmin informasiya dəstəkçiləri Qaynarinfo.az, APA, Olay.az, Araz FM və Xəzər Televiziyasıdır.

Qeyd edək ki, "Zəhər tuluğu” bu gündən etibarən şəhərin bütün kinoteatrlarında yayımlanacaq.

Xəyal Abdullayev/HİT.az

1