MAGAZİN
22:26 / 08.01.2022
732

"EDHO"ya görə 165 milyonluq iddia qaldırıldı

"Eşkiya dünyaya hükümdar olmaz" (EDHO) serialının fərqli adda başqa bir platformada təqdim olunmasına daha əvvəl yayımlandığı Türkiyənin "ATV" kanalından sərt reaksiya gəlib.

Hit.az xəbər verir ki, kanal prodüser şirkət və ssenarist Bahadır Özdener haqqında 165 milyon lirəlik (təxminən 20 milyon 215 min 925 manat) iddia qaldırıb. Bildirilib ki, "EDHO" serialının bütün hüquqları "ATV"yə məxsusdur və bu serialı buna bənzər hər hansı formada və ya adda heç bir kanal və ya prodüser hazırlayıb yayımlaya bilməz.

Qeyd edək ki, layihənin final etməsinə səbəb maliyyə problemləri olub. Daha sonra ekran işinin "Son efsane" adı ilə "BluTv" də film kimi təqdim olunacağı, baş rolu isə Oktay Kaynarcanın yerinə Ozan Akbaba canlandıracağı bildirilib.

0