"Kino və teatr təhsili olmayanları incəsənətdən uzaqlaşdırmaq lazımdır" - Azər Axşam

MAQAZİN
15:47 / 13.01.2022
2470

Azərbaycanın məşhur və sevilən aktyoru Azər Axşam "indiki gənclər yerli filmlərdən daha çox xarici filmlərə baxmağa üstünlük verir" məsələsi ilə bağlı fikirlərini HİT.az saytı ilə bölüşüb.

- Azər bəy, ölkəmizdə insanların bir çoxu və xüsusilə gənclər yerli istehsal olan filmlərdən daha çox xarici filmlərə baxmağa üstünlük verirlər. Bunun səbəbini nədə görürsünüz?

- Nahidə xanım səbəbi təkdir. Azərbaycanda kino istehsalı qeyri-peşəkar səviyyədədir.

- Sizcə, bu problemi aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?

- Kino və teatr təhsili (yəni diplomu) olmayan insanları incəsənətdən uzaqlaşdırmaq, istedadı olanları təhsilləndirmək (kino və teatr baxımından) lazımdır. Necə ki, diplomu olmayan həkimi xəstəyə yaxın buraxmırlar, eləcə də, peşə təhsili  olmayan insanları kinoya və teatra yaxın buraxmasınlar.

Nahidə Əmiraslanova/HİT.az

1