MAGAZİN
19:22 / 13.01.2022
344

Qarabağı ermənilərə verməyə çağıran rusiyalı reper üzr istədi (VİDEO)

Bir il öncə azərbaycanlıları təhqir edən rusiyalı reper Aleksandr Timartsev (Restorator) üzr istəyib.

Qaynarinfo xəbər verir ki, ifaçı bu barədə "Instaqram" hesabında yazıb.
 
O, bir il ötsə də, səhvini başa düşərək üzr istəyib:

"Bütün Azərbaycan sakinlərindən üzr istəyirəm. Sevgi və hörmət müstəsnadır, uşaqlar. Çıxan videoda çox sərxoş idim və nə dediyimi xatırlamıram. Sizi çox sevirəm, bu hərəkətimə görə məni bağışlayın. Ümumiyyətlə, bunu niyə dediyimi bilmirəm. Bir daha sizdən üzr istəyirəm”.

Qeyd edək ki, söhbət bu yaxınlarda "TikTok" və bir sıra teleqram kanallarında yayımlanan 2020-ci ildə lentə alınan videodan gedir. Aleksandr həmin görüntülərdə azərbaycanlıları diz çökərək Qarabağı ermənilərə verməyə çağırmışdı.

 

1