MAGAZİN
19:44 / 13.01.2022
228

"Qiymətlər istəyir 10 dəfə bahalaşsın, ruzini verən Allahdır" - Tahir İmanov

"Ruzini verən Allahdır. Ona görə də mən bahalaşmadan çox da narahat deyiləm”.

Hit.az xəbər verir ki, bu sözləri Bakupost.az-a Əməkdar artist Tahir İmanov unun və bir çox ərzaq məhsullarının bahalaşmasına münasibət bildirərkən deyib. O bildirib ki, bu məsələləri, əslində, siyasətçilər, iqtisadçılar şərh etməlidir: "Mən bu haqda heç nə deyə bilmərəm. Ən azından ona görə ki, siyasətçi deyiləm. Bununla bağlı siyasətçilər danışsınlar. O ki qaldı bahalaşmaya, ruzini verən Allahdır. Mən Allaha təvəkkül edirəm. İstəyir 10 dəfə bahalaşsın. Allah ruzini verirsə, problem yoxdur".

3