Məşhur müğənni sosial şəbəkədəki paylaşımına görə prokurorluğa şikayət edildi

MAQAZİN
09:00 / 18.01.2022
1565

Türkiyənin tanınmış müğənnisi Leman Samla bağlı Malatya Baş Prokurorluğuna şikayət edilib.

Bir nəfər müğənninin sosial şəbəkədə ərəblərlə bağlı yazdığı statusda xalqı nifrət və düşmənçiliyə sövq etdiyini iddia edərək bu addımı atıb.

Prokurorluğa təqdim edilən şikayətdə Leman Samın yazdığı tvitlə ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etdiyi iddia edilir və barəsində məhkəmə iddiası istənilir.

Qeyd edək ki, Leman Sam “İllər əvvəl ərəblərə qarşı olduğuma görə uzun müddət linçə məruz qaldım. İndi isə hər kəs onların necə olduğunu anladı. Hələ bu yaxşı günlərdir, indi çörəyə ortaqdırlar, yaxınlarda torpağa da ortaq olacaqlar. Bıçaqlama hadisələri, cinsi zorakılıq, axırı talançılıqdır. Heç şikayət etməyin, görə-görə gəlmişik”, - tvitinə görə şikayət edilib.

3