Vüsalə Əlizadənin verilişi niyə yarımçıq dayandırıldı? - VİDEO

15:49 / 19.01.2022
2132

Aparıcı Vüsalə Əlizadənin "7 canlı" proqramının yayımı yarımçıq dayandırılıb. 

HİT.az xəbər verir ki, Təranə Qumral və onun həyat yoldaşı Musa Musayev verilişin qonağı olublar. Sənətçilər proqrama övladları Sevgi və Qumralla qatılıblar. 

Veriliş başladıqdan qısa müddət sonra Qumral mahnı ifa edib. Bu zaman proqramın yayımı yarımçıq dayandırılıb. Bundan sonra "Ağdam və mən" adlı layihə təqdim edilib.

ATV-nin media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli Qaynarinfo-ya açıqlamasında proqramın yarımçıq dayandırılmasının səbəbini açıqlayıb. Onun sözlərinə görə, buna səbəb efirdə yaranan texniki problem olub.

 

0