MAGAZİN
18:04 / 13.05.2022
253

Emin Ağalarov: "Dayan, getməyə tələsmə, hələ bu anı yaşamamışam" - VİDEO

Xalq artisti Emin Ağalarov pərəstişkarlarını sevindirib. 

Hit.Az BAKU.WS-ə istinadən xəbər verir ki, sənətçi rus dilində ifa etdiyi "Əks tərəfdə" adlı yeni mahnısını sevənlərinin ixtiyarına verib. 

Ağalarov bu haqda sosial şəbəkə hesabında bildirib. O, "Bu ən vacib şey haqqında yeni hekayəmizdir. Dinləyin və bizimlə təəssüratlarınızı bölüşün" sözlərini yazaraq ifasının qısa versiyasını instaqram hesabında yayımlayıb.

Kompozisiyanın söz və musiqisi Konstantin Nonikova addir. İfanın bütöv versiyası Xalq artistinin şəxsi yutub kanalına yerləşdirilib. 

Musiqisevərlər mahnını bütün musiqi platformalarından dinləyə bilər. 

0