MAGAZİN
20:55 / 13.05.2022
541

"Ronaldu dedi ki, bu, hələ son deyil" - Corcina Rodriges

"Mançester Yunayted"in ulduzu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges Çempionlar Liqasının yarımfinalında baş tutan "Real Madrid" - "Mançester Siti" matçını (3:1) onunla birlikdə izləməsindən bəhs edib.

Fanat.Az xəbər verir ki, "Manchester Evening News" Corcinanın dediklərini belə çatdırıb: 

“Real Madrid" - "Mançester Siti" matçını izləyirdik. Təxminən 85-ci dəqiqədə yuxum gəldiyini, yatmaq istədiyimi söylədim. Kriştianu mənə dedi ki, hakim final fitini səsləndirənə qədər baxacağıq, bu, hələ son deyil. "Real Madrid" qələbə qazandığı üçün çox sevinirdi".

0