Azərbaycan 12 xalı Böyük Britaniyaya yox, Ukraynaya veribmiş... - VİDEO

09:57 / 15.05.2022
1956

Xəbər verdiyimiz kimi, “Avroviziya” mahnı müsabiqəsində münsif səsverməsi zamanı texniki problem yaşanıb.

Hit.az-ın məlumatına görə, bu səbəbdən Azərbaycandan səsləri İTV-nin aparıcısı Nərmin Salmanova yox, Martin açıqlayıb.

O, Azərbaycanın 12 xalı Böyük Britaniyaya verdiyi açıqlasa da, bunun əslində belə olmadığı məlum olub. Belə ki, Nərmin Salmanova İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində Azərbaycanın 12 xalı əslində Ukraynaya verdiyini vurğulayıb.

Məsələ ilə bağlı araşdırma aparıldığı qeyd olunub.

0