Vüsalə orada da aparıcılıq edəcək

MAQAZİN
19:10 / 19.05.2022
994

Gülşenin Bakı konsertində kimin aparıcılıq edəcəyi bəlli olub.

Hit.Az olay-a istinadən xəbər verir ki, Vüsalə Əlizadə gecənin idarəçisi olacaq.

Qeyd edək ki, konsert 27 mayda Bakı Konqress Mərkəzində baş tutacaq. Gülşen gecədə aktrisa Nərgiz Əliyevanın moda evindən geyindiyi libasla səhnəyə çıxacaq.

Biletlərin qiyməti isə 35 -220 manat arasındadır.

0