MAGAZİN
23:42 / 23.05.2022
586

Hamilə Afətdən qalmaqallı sözlər: “Özünü yaxşı apar, səni də ərə verim...” - VİDEO  

“Flora Kərimova yazı yazıb. Deyir ki, məni özünlə bir tərəziyə qoyma. Əlbəttə ki, özümü səninlə bir tərəziyə qoymuram. Sən Allaha dua etmirəm deyirsən, mən isə dua edirəm. Sən məhkəmə qapıları gəzirsən. Vaxtı ilə İlhamə Quliyeva, Faiq Ağayev, Röya Ayxan, Ülviyyə Alovlu, indi də mənimlə məhkəmədə çəkişirsən. O zaman sən deputat ola bilmədin, yana-yana qaldın, dövləti verdin Avropa məhkəməsinə”.  

Bizim.Media xəbər verir ki, bu sözləri hazırda Rusiyada olan hamilə müğənni Afət Fərmanqızı “İnstaqram” hesabında açdığı canlı yayımda deyib.  

Xalq artisti ilə məhkəməlik olan sənətçi, qarşı tərəfin ünvanına növbəti dəfə ittihamlar səsləndirib. Fərmanqızı Kərimovaya məhkəməni Azərbaycanda deyil, Rusiyada keçirməyə səsləyib:  

“Mən ailə quran kimi məhkəməyə verdin. Niyə? Deyirsən ki, qürbətdə sürgün kimiyəm. Xeyr ola? Mən dövlətimi və vətənimi sevən insan, iki-üç gündür ki, bura gəlmişəm. Ərə getmişəm. Arvad almamışam ki, ərimi gətirib evə salım. Mən ərə getmişəm və onun yanında olmalıyam. İşim burda daha yaxşıdır. Nə zaman həyat yoldaşım desə ki, köçək orada yaşayaq, onda da Vətənə gələcəyəm. İndi isə ailəmlə və hamiləliyimlə bağlı olaraq, həyat yoldaşımın yanındayam. Mütəmadi həkim müayinəsindən keçirəm.  

Flora üç il oturdu məni məhkəməyə vermədi, eşidən kimi Afət ərə gedib, yandığından məni məhkəməyə verdi ki, niyə o ərə getdi, mən qaldım. Özünü yaxşı apar, səni də ərə verim. Burada yaxşı iş adamları var, subay insanlar var.

Yetər ki, sən sakitləş. Mənimlə problemin budursa, həll edərik. Əgər yox, başqa problemdirsə, kimsə səni öyrədirsə, sakit otur. Deyir ki, gəl məhkəməyə, neytral zonada məhkəmədə görüşək. Binəqədi məhkəməsinə getmə. Sən jurnalist Ülviyyə Alovlu yasamalda qeydiyyatda olduğu halda, onu da Binəqədidə cinayət işi açdırmısan. Mənə də orada cinayət işi açdırmısan. Demək sənin orada sözün keçir. Sən kimə cinayət işi açdırırsansa, hamını Binəqədi məhkəməsinə gətirirsən. Xeyr ola? Kimə arxayınsan? Gəl başqa rayon məhkəmələrini seç. Qorxmursansa, gəl məhkəməni Rusiyada edək. Nə fərqi var ki, qanun hər yerdə qanundur”.  

Afət sonra bunları deyib:  

“Ağzı əyri, gözü çəp, 60 yaşını keçmiş bir qadın var. Buradan ona yenə səslənib deyirəm ki, ağıllı ol. Ətrafında olan “şayka”larını yığıb qabağa verir. Ağıllı ol. Sosial şəbəkələrdə məni qıcıqlandırmaq üçün əyri ayaq o “müğənnicik” başqa bir xanım müğənni ilə aramı vurmaq üçün videolar yayır. O bunları qəsdən edir. Ağlı başında olan adam bu addımları atmaz. Sözümü dedim, o qadın da başa düşdü ki, onunla işim yoxdur. Sözümü də sosial şəbəkə hesabımdan deyə bilirəm”.

0