MAGAZİN
10:09 / 20.06.2022
300

Manaf Ağayev milyonluq villasında Rəqsanəni qonaq etdi - VİDEO

Artıq bir neçə ildir ki, Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılova Bakıya gəlib.

Hit.az xəbər verir ki, sənətçi vətənə qayıdar-qayıtmaz həmkarı Manaf Ağayevin qonağı olub. Ağayev Rəqsanəni bahalı və dəbdəbəli evində qarşılayıb. 

Rəqsanə "Bakıya gələn kimi birbaşa qardaşımın evində gəldim" deyə "Şourum" verilişinə müsahibəsində qeyd edib:

"İlk dəfədir, Manafın bağ evindəyəm. Maşallah. Görmüşdüm, amma qonaq olmamışdım. Birbaşa da qardaşımın evinə gəldim".

Bu sözlərdən sonra Ağayev Rəqsanənin ünvanına xeyli tərif yağdırıb:

"İlk sənətə gəldiyim anlardan çox gözəl münasibətimiz olub. Məni ona bağlayan onun hərəkətləridir. Mərd qızdır".

Veriliş zamanı Manafın geniş və lüks bağ evi də gözlərdən yayınmayıb. İfaçı açıqlamalarından birində 3 mərtəbəli villasının tikintisinə 1 milyon manat pul xərclədiyini bildirib. Daha sonra isə Ağayev bu fikirləri təkzib edərək bağ evinin ona hədiyyə olunduğunu deyib.

0