MAGAZİN
17:52 / 22.06.2022
151

CinemaPlus-da “Əsas rol” və “Cinayət şəhəri-2” filmi nümayiş olunacaq - VİDEO

İyunun 23-dən etibarən CinemaPlus kinoteatrlar şəbəkəsində iki eksklüziv film “Əsas rol” və “Cinayət şəhəri- 2” nümayiş olunacaq.

Hit.az xəbər verir ki, Argentina və İspaniyanın istehsalı olan film 78-ci Venesiya Film Festivalının müsabiqə proqramı çərçivəsində təqdim olunub.

Filmin rejissorları Mariano Kon və Qaston Düpradır. Baş rollarda Antonio Banderas, Penelopa Kruz və Qaston Düpra çəkilib.

Filmin mövzusuna gəlincə, şöhrətpərəs milyarder mükəmməl film yaratmaq və adını tarixə yazdırmaq üçün yola çıxdı. Ssenari Nobel mükafatı laureatının kitabıdır, rejissor dəbli və ekssentrikdir, əsas rollarda seks simvol, milyonların kumiri və dramatik aktyordur. Bu, şedevr olacaq yoxsa problem?

“Cinayət şəhəri-2” döyüş filminə gəlincə, sensasiyalı “Parazit” (2019) filminin nümayişindən bəri ən qısa müddətdə Koreya kassasında 3 milyon tamaşaçı həddini aşmağı bacaran filmdir. Bu il filmin 3-cü hissənin çəkilməsi planlaşdırılır.

Filmin rejissoru Li San-yöndür. Baş rollarda Ma Don-sok, Son Sok-ku və Çxve Qvi-hva çəkilib.

Xarizmatik əməliyyatçı Ma Sok-to xüsusi missiya ilə Taylanda göndərilir. Orada polislər turistlərə hücum edən qaçaq cinayətkarı tapmalı və tutmalıdırlar. Amma ora çatanda yeni səbəblər aşkarlanır.

0