Mətanət İsgəndərli əməliyyat olunub - VİDEO

12:10 / 24.06.2022
1757

Əməkdar artist Mətanət İsgəndərli bir müddət əvvəl mədəkiçiltmə əməliyyatı etdirib.

HİT.az xəbər verir ki, paytaxt klinikalarından birində əməliyyat olunan sənətçi bununla bağlı instarqam hesabında video paylaşıb. 

“Əməliyyatdan çox qorxurdum. Ağlıma gəlməzdi ki, mədəkiçiltmə əməliyyatına razılıq verəcəyəm. Əməliyyatımdan 10 gün keçib. Özümü yaxşı hiss edirəm. Ümid edirəm ki, əvvəlki Mətanət İsgəndərli geri qayıdacaq”.

Qeyd edək ki, Əməkdra artist 15 kiloqram arıqladığını və buna pəhrizlə nail olduğunu bildirmişdi. O hər zama mədəkiçiltmə əməliyyatı etdirdiyi xəbərlərini yalan olduğunu deyirdi.

0