"Best Model of Azerbaijan 2022"nin mətbuat konfransı keçirildi - FOTOLAR

MAQAZİN
10:18 / 29.06.2022
1130

28.06.2022 ci il tarixində "Best Model of Azerbaijan 2022"nin Milli Direktoru Elxan Paşayevin təşkilatçılığı ilə "Hypnoze Baku"da müsabiqənin başlanması və "Best Model of the World 2021"ci il üzrə Aydan Yeşildağın ölkəmizə qazandırdığı qalibiyyətlə bağlı tanınmış bir çox televiziya və media nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.

Konfransın əsas məqsədi möhtəbər müsabiqənin yenidən doğma Vətənimizə qayıtmağı və ev sahibliyi etməsidir. Mətbuat konfransıda müsabiqənin başlanması, bu il keçiriləcək tədbirlərin qısa xülasəsi və gözlənilən təşkilatçılıq ilə bağlı ətraflı məlumat verilib. Mətbuat konfransında rəssam-modelyer, əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti, "Fakhriya Khalafova" moda evinin təsisçisi Fəxriyyə xanım Xələfova və tanınmış Modelyer və dizayner Yeganə xanım Sadıxova juri kürsüsündə əyləşərək müsabiqənin davam edəcəyi müddət ərzində öz tövhə və gənclərə verəcəkləri xüsusi dəstəyi ifadə edilib.

Müsabiqə üzrə iştirak etmək istəyən model xanım və bəylər üzrə 10.07.2022-ci il tarixində keçiriləcək seçim turu və iştirakçılar üçün lazımlı tələblər haqqında məlumat öz əksini tapıb. Müsabiqənin təşkilatçısı və milli direktoru Elxan Paşayevin verdiyi müsahibə əsasında müsabiqə Finalının oktyabr ayında "Baku Crystall Hall"da keçiriləcəyi media nümayəndələrinə çatdırılıb. Model olub məhşurlaşmaq və ölkənin ən nüfuzlu müsabiqəsində iştirak etmək istəyən xanım və bəy modellər seçim turuna dəvət edir. Casting tam ödənişsizdir. 

Tələblər:
-Yaş 16-30
-Boy xanımlar 1.65-dən, bəylər 1.80-dən başlayaraq
-Şəxsiyyət vəsiqəsi
-Səlist danışıq qabiliyyəti

İnformasiya dəstəyi Hit.az xəbər portalıdır.

0