09:43 / 05.07.2022
638

Röya ilk dəfə qardaşı Ayxanla görüntüləri paylaşdı - FOTOLAR

Xalq artisti Röya Ayxan sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Sənətçi instaqram hesabında ilk dəfə qardaşı Ayxanla görüntülərini yayımlayıb. İfaçı qardaşı ilə olan fotosuna "Mənim üçün sən başqasan, Ayxan" sözlərini də əlavə edib. 

Xalq artistinin bu paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Onlar Röyanın qardaşı ilə olan fotosuna müxtəlif şərhlər yazıblar. İstifadəçilərin böyük əksəriyyəti Ayxanın çox yaraşıqlı olduğunu qeyd ediblər. 

Məlumat üçün bildirək ki, illər əvvəl Röya Ayxanın atası Yaqub Nəcəfov anası Telli Nəcəfova ilə həyat yollarını ayırıb. Eks-cütlüyün Röyadan başqa Ayxan və İsmayıl adlı əkiz oğlu, Rüsalə adlı qızları var. 

0