32 yaşlı azərbaycanlı müğənnidə xərçəng aşkarlandı - FOTO

14:35 / 28.07.2022
2437

Müğənni Zeynəb Həsənidə xərçəng xəstəliyi aşkarlanıb. 

HİT.az xəbər verir ki, o, hazırda Türkiyədə əməliyyat olunur. İfaçı özü də "Instagram" hesabında xəstəliyi barədə məlumat verib:

“Allahın izni ilə sən mənə yox, mən sənə qalib gələcəm”.

Qeyd edək ki, müğənninin anası Əminə xərçəngdən vəfat edib. Zeynəb Həsəninin 32 yaşı var.

0