Rəsul: “Sənə görə həyatımı alt-üst etdim\" - VİDEO/FOTO

16:54 / 20.08.2022
2095

Müğənni Rəsul Əfəndiyev yeni klipini tamaşaçılarına təqdim edib.

Hit.Az xəbər verir ki, sənətçi bu dəfə musiqisi Xalis Xana, sözləri isə Çingiz Əliyevə məxsus “Sənə görə” adlı mahnısına ekran həyatı verib. Çəkilişləri Tiflis və Batumidə baş tutan rəngarəng klipdə ifaçı, gürcüstanlı modellə tərəf müqabili olub.

Qeyd edək ki, ekran işinin rejissoru Dele Oruclu, prodüseri Azər Kərimov, kreativ direktoru isə Nərgiz Kələntərlidir.

0