20 yaşında qaçırtdı, dedilər bizə uyğun deyil, tutsalar öldürəcəkdilər - Alim Qasımov həyat yoldaşından DANIŞDI - FOTO
MAQAZİN
10:32 / 11.09.2022
1507

Xalq artisti Alim Qasımov "O kimdir" verilişində şəxsi həyatından danışıb.

Metbuat.az xəbər verir ki, Alim Qasımov həyat yoldaşı Tamilla Qasımova ilə ailə qurması ilə bağlı bəhs edib:

Onu ovlayacam. Bekarçılıqdan xalqın qızını götürdüm qaçdım. Qardaşları məni görsəydilər öldürəcəkdilər. Onu qaçıranda 20 yaşım heç tamam deyildi. Ailədə dedilər ki, bakılıdırlar, müasirdirlər, imkanları bizdən yaxşıdır. Onlar kim, biz kim...Ailəmə söz verdim və axşam qızı qaçırtdım.

İllər ötdükcə gördüm ki, bu, nə mənim, nə onun işidir. Allahın qismətiymiş ki, biz həyatı qoşa davam etməliyik". Ailədə elə davranıram ki, sanki yoxam. Ailə üzvlərimlə dostam".

0