"Yalnış anlama 2" filmi təqdim edildi - VİDEO

MAQAZİN
09:51 / 03.10.2022
1364

"Yalnış anlama" filminin sayca ikincisinin təqdimatı baş tutub.

Hit.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində keçirilən təqdimat gecəsində filmin yaradıcı heyəti və media nümayəndələri iştirak ediblər.

Baş rollarda türkiyəli məşhur aktyor Cemal Hünal və Gülşən Hüseynlinin olduğu filmin mövzusu Azərbaycan və Türkiyə türkcəsi arasında olan yalnış anlaşılan sözlərdir.

Ekran işində həmçinin, iki ölkənin tanınmış aktyorları Yılmaz Gruda, Fatih Özkan, Elcan Rəsulov, İslam Mehrəliyev və başqaları rol alıblar.

Təqdimatda jurnalistlərin suallarını cavablandıran türkiyəli aktyorlar Gülşən Hüseynlinin aktyorluq qabiliyyətinə təriflər yağdırıblar.

Qeyd edək ki, film 30 sentyabr tarixindən Türkiyə və Azərbaycanın yerli kinoteatrlarında yayınlanmaqdadır.

0