MAGAZİN
22:36 / 22.11.2022
1438

Azərbaycanlı aktrisa ərə gedir? - FOTO

Son zamanlar "Sevgi və yalan" serialı ilə çox sevilən aktrisa Elvida Məmədova yeni paylaşımı ilə izləyicilərini çaş-baş salıb.

Hit.az xəbər verir ki, o, gəlinlik geyimində olan fotosunu paylaşıb.

Sevənləri onun ərə getdiyini başa düşərək "çox xoşbəxt ol", "Çox sevindim" və.s kimi şərhlər yazıblar.

Əməkdaşımız həqiqəti öyrənmək üçün aktrisa ilə əlaqə saxlayıb. 

Saytımıza açıqlama verən Elvida gəlinliyi reklam çəkilişi üçün geyindiyini bildirib:

"Hələ ki, ərə getmirəm. "Nur Wedding Dress" gəlinlik mağazasının sahibəsi Aynur xanımdan təklif gəldi, mən də qəbul etdim. Artıq bu gündən buranın simasıyam. Əgər ərə getsəm mediaya açıqlama verəcəm".

0