Rəşad Dağlı həbsdən həyat yoldaşına hədiyyə göndərdi - FOTO

MAQAZİN
21:38 / 27.11.2022
2260

Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının oğlu yenidən diqqətləri üzərinə çəkib.

11 yaşlı Yusif anasının doğum günü olduğunu qeyd edib.

Bu münasibətlə Rəşad Dağlı həyat yoldaşına gül buketi göndərib. Söz ustadının oğlu həmin gülləri paylaşaraq “Ana, İnşallah, ata belə sənə gül göndərməz. Özünə qismət olar səni təbrik etmək” -, deyə şərh yazıb. Onun paylaşımı marağa səbəb olub.

Xatırladaq ki, meyxanaçının oğlu 5-ci sinif şagirdidir. Rəşadın Yusifdən başqa Bətul adlı azyaşlı qızı da var.

0