Aygün Kazımova bu verilişə 31 000 AZN-lik geyimlə qatıldı - FOTO/VİDEO

14:21 / 11.01.2023
2394

Xalq artisti Aygün Kazımova bahalı geyimi ilə bütün diqqətləri üzərinə çəkib. 

BAKU.WS xəbər verir ki, "Zaurla Günaydın" verilişinə qatılan sənətçi əynindəki libası və aksessuarları bahalı brendlərdən seçib.

Belə ki, ifaçının üst geyimi "Dolce & Gabbana" markasına aiddir. Onun qiyməti 2 353 dollar (təxminən 4 000 AZN), çəkməsinin qiyməti isə 1 176 dollardır (təxminən 2 000 AZN).

Xalq artisti geyimini "Roberto coin" brendinə aid zinət əşyaları ilə tamamlayıb. Kazımovanın dəstinin qiyməti isə 15 min dollardır (təxminən 25 min 500 AZN).

İfaçının üzərindəki libas və qızıl aksessuarların ümumi dəyəri 18 min 529 dollar (təxminən 31 min 500 AZN) olub.

0