MTV-nin efirində yenə dava düşdü - VİDEO

MAQAZİN
11:42 / 17.01.2023
1814

“MTV Azərbaycan”nın efirində növbəti dəfə gərgin anlar yaşanıb.

OLAY yazır ki, hadisə “Səhərin səsi” verilişində baş verib. Belə ki, proqramda qonaq olan Kərim Abasovla “Qızıl Palma” mükafatlandırma mərasiminin təşkilatçısı Sinan Şahmar arasında mübahisə yaranıb. Buna səbəb isə Kərimin ödül gecələrini tənqid etməsi olub.

Belə ki, o, “Mükafat alanlar maraqlı deyil, bunun arxasında nə durursa, bilirik. Azərbaycanda var, Türkiyədə müəyyən məsələlər yoxdur? Mənə nəsə mükafat versələr, onun arxası ilə getmərəm. Mənim müfatlarım çoxdur, getməmişəm heç. Menecerim gedib götürüb” fikirləri olub. S. Şahmar isə onunla razılaşmayaraq, bunun belə olmadığını, öz təşkil etdikləri müsabiqədə haqsızlığa yol vermədiklərini söyləyib:

“Bizim mükafatlandırma mərasimi haqda belə danışmağınıza icazə verə bilmərəm”.

Kərimin “Sən nəyə icazə verirsən, vermirsən, onun mənə dəxli yoxdur. Bu, mənim şəxsi fikrimdir” sözlərinə isə Sinan “Bəlkə də siz mükafata layiq görülə bilmirsiniz deyə belə danışırsınız” fikirləri ilə cavab verib.

“Sən indi guya maraqlı bir cümlə işlətdin də. Biz bunu görə-görə gəlmişik, dünənin uşağı bu gün mənim qabağımda nəsə deyə bilməz” deyən Kərimə Şahmar “Hərəkətlərinizə diqqət edin. Siz çox yuxarıdan gedirsiniz, bir az aşağı enin! Nə demək istəyirsizsə, açıq danışın” sözlərini söyləyib.

Gərginləşən tərəflərə daha sonra bir-birinə “sən”lə müraciət edib:

Kərimin “Mən hərəkətlərimi bilirəm, sən danışığına fikir ver. Yuxarıyla gedirəm, ona görə ki, mənim xoşuma gəlir. Sən bir az rahatlaş da. Ya sən gedəcəksən buradan, ya mən” sözləri Sinanı özündən çıxarıb.

“Sən kimin haqqında “dünənin uşağı” ifadəsini işlədirsən? İkimiz də gedərik, axırı yaxşı olmaz”, - deyə, Sinan bildirib.

Tərəflər arasındakı mübahisə daha da gərginləşib. Təşkilatçı müğənniyə efirdən kənar danışmağı məsləhət görüb. Bu zaman verilişdə anonslara keçirilib.

Qeyd edək ki, daha əvvəl də sözügedən proqramda müğənnilər Elvin Mirzəzadə və Sabir Əhmədov arasında dava düşmüş, mübahisə efirdən kənarda əlbəyaxa davaya qədər gəlib çıxmışdı.

0