Gözəllik yarışmasında iştirak edən iş xanımı: "Fəxriyyə Xələfova kimi dəyərli insanlarla..."

MAQAZİN
17:00 / 01.02.2023
1692

İş xanımı Tünzalə Cəfərova beynəlxalq yarışmada sertifikatla təltif olunub. 

Biznes ledy Tünzalə Cəfərova "Miss Aura Azerbaijan - 2023" gözəllik yarışmasında fəxri qonaq kimi iştirak edib. İş xanımı səhnəyə dəvət olunaraq sertifikatla təltif  edilib.

"Təşkilatçılardan biri mənə zəng edərək bildirdi ki, sizi fəxri qonaq olaraq jüri masasında görmək istəyirik. Qərarımı dərhal bildirmədim. Dedim sabah bu haqda danışarıq. Çünki yarışma haqda məlumatım yox idi. Öncə "Miss Aura" haqda məlumatlar topladım, onları araşdırdım. Bu gün burada iştirak etməkdən məmnunam. Çünki təşkilatçılar həqiqətən də əmək sərf ediblər. Yarışma tam ədalətli keçdi. Buna öz gözlərimlə şahid oldum. Tədbir təşkil etmək çox çətin və məsuliyyətli işdir. Təşkilatçılara bol uğur arzu edirəm. Sağ olsunlar ki, tam ədalətli gözəllik yarışması necə olur bunu göstərdilər. Fəxriyyə Xələfova, İlham Namiq Kamal, Məleykə Əsədova kimi dəyərli insanlarla yanaşı əyləşmək mənim üçün çox xoş oldu. Sizə də təşəkkür edirəm ki, mənə dəyər verim açıqlama aldınız".

Xatırladaq ki, Tünzalə Cəfərova bir neçə gün öncə “Park Cinema Flame Towers”də keçirilən qala gecəsində iştirak etmişdi.

Qeyd edək ki, yarışma “City Events Group”un təşkilatçılığı ilə həyata keçirilir. "Miss Aura of Azerbaijan-2023" gözəllik müsabiqəsinin Milli direktorları Xəyal Abdullayev və Tural Hüseyndir.

0