Müğənni Rəvan Qarayevdən film kimi klip - VİDEO

22:32 / 13.03.2023
1107

Müğənni Rəvan Qarayevdən film kimi klip

Məşhur müğənni Rəvan Qarayevin yeni klipi işıq üzü görüb.

Hit.Az xəbər verir ki, “Gələn gedir” adlı mahnıya çəkilən klipin əsas mövzusu ailə dramıdır. Klipin rejissoru Ravin Əliyev, operatoru Ülvi Ravinoğlu, prodüseri isə Tərlan Rəhimovdur. Mahnının sözləri Rəmzi Zirvə, musiqisi isə Emin M M-ə məxsusdur.

Klip artıq müğənninin rəsmi “Youtube” kanalında nümayış olunur.

2