"Özümü sındırmaq istəmirəm, amma çox əziyyət çəkirəm"

MAQAZİN
09:07 / 10.05.2020
2238

"Efirdə özümü sındırmaq istəmirəm. Amma hazırda o qədər çətin mərhələdəyəm ki...".

Bu sözləri Əməkdar artist Könül Kərimova "Elgizlə izlə" verilişində deyib. Müğənni hazırda çətin durumda olduğunu söyləyib:

"Çox əziyyət çəkirəm. Ağıla gəlməyəcək dərəcədə... Sizlər bir çıxış yolu tapa bilərsiz. Bu yaxınlarda bir ailəyə yardım etməyə getdim. Çatanda gördüm ki, qadın zibil qutusundan çörək tapıb gətirib. Uşaqların da başını aldadıb ki, marketdən almışam. Onu görüb dəhşətli hallar yaşadım".

0
Axsam.az